Şrift:
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22.02.2019 [10:37] - Gündəm, Siyasət
Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında təhlükəsizlik, sabitlik və inkişafın önəmindən danışıb. Bildirib ki, 2008-ci il qəbul edilən Helsinki sənədində insan hüquqlarının qanunun aliliyi və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladığı göstərilib. Bəzi hallarda ziddiyyətli səbəblər üzündən insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır. Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Təbii ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu, heç də hər zaman mümkün olmur. Təəssüflər olsun ki, fövqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur.

B.Muradova xüsusilə vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiyə bölən təmas xətti seçildiyim dairənin mərkəzindən keçir”.

Deputat bildirib ki, fövqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların – qadınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır: “Biz diqqəti onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəltməliyik. Bu məhdudiyyətlər fövqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir.”

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed