Şrift:
Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib
22.02.2019 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Marağa Universitetinin öyrənciləri imzatoplama kampaniyası keçirərək təhsil müəssisəsində türk dili və ədəbiyyatı ixtisasının yaradılmsını tələb ediblər.

Əldə etdiyimiz məlumata görə, bu tələb 900-dən çox türk öyrənci tərəfindən irəli sürülüb. Məktub imzalarla birlikdə fevralın 20-də universitet rəhbərliyinə təqdim olunub. İnformasiyaya görə, öyrəncilərin müraciəti universitet rəhbərliyi tərəfindən səlahiyyətli orqanlara göndəriləcək. Lakin türk dili və ədəbiyyatı ixtisası yalnız Elm, Təhqiqat və Texnologiya Nazirliyi razılıq verəcəyi təqdirdə təsis edilə bilər.

Güney Azərbaycanın bütün universitetlərində öyrəncilər oxşar tələblər irəli sürür. Lakin İran rejimi müxtəlif bəhanələrlə öyrəncilərin tələbini təmin etməkdən boyun qaçırır.

N.S
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed