Şrift:
Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Türk dili və kimlik böhranı” kitabı paylanılıb - Zəncanda
22.02.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan da daxil olmaqla Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ərəfəsində müxtəlif tədbirlər həyata keçirilib.

Son məlumata görə, Zəncan şəhərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən yüzlərlə “Türk dili və kimlik böhranı” adlı kitab paylanılıb. Tanınmış yazıçı Həsən Raşidinin müəllifi olduğu kitab Zəncan bazarı və şəhərin mərkəzi xiyabanlarında yayılıb.

Kitabda İranda türk dili və onun keçmişdə və bugünkü mövqeyi, Pəhləvilərin 53 illik hakimiyyəti dövründə türklərə qarşı repressiyalar, milyonlarla türkün ana dilində təhsil almaq hüququndan məhrum edilməsi, İranda türklərin sistemli şəkildə təhqirlərə məruz qalması və s. kimi mövzulardan bəhs olunub.

“Türk dili və kimlik böhranı” kitabı Zəncan əhalisi tərəfindən rəğbətlə qarşılanıb, soydaşlarımız bu kitabın mədəni fəallar tərəfindən paylanmasını yüksək qiymətləndiriblər.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı ölkədəki millətlərin ana dilinin tədris olunması azaddır. Lakin İran rejimi müxtəlif bəhanələrlə konstitusiyanın bu maddəsini icra etməkdən boyun qaçırır.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed