Şrift:
Yeni Zelandiyada zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb
23.02.2019 [10:41] - Gündəm, Hadisə
Yeni Zelandiyada 2011-ci ildə Kraystçerç şəhərində baş vermiş güclü zəlzələdə həlak olanların anma mərasimində yüzlərlə insan iştirak edib.

Səkkiz il bundan əvvəl baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 185 nəfər həlak olub.

Mərasim şəhərin mərkəzindən keçən çayın yaxınlığında faciə qurbanlarının xatirəsinə ucaldılan və üzərində onların adları qeyd edilən abidənin önündə keçirilib.

Əvvəlcə faciə qurbanlarının siyahısı oxunub və onların xatirəsi zəlzələnin baş verdiyi anda - saat 12:51-də bir dəqiqəlik sükutla anılıb. Sonra iştirakçılar abidənin önünə çiçək dəstələri düzüblər.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed