Şrift:
Millimizin Bakıda təlim-məşq toplanışı olacaq
23.02.2019 [10:43] - Gündəm, İdman
Fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban Baharı” turnirində iştirak edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 24-dən 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

AFFA xəbər verir ki, hazırlıq prosesinə Elvira Əsgərzadə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova, Həqiqət Qasımova (hamısı 8 №-li İOEUGİM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Keşlə”), Rövşanə Sərdarlı, Ayşən Əhmədova, Vüsalə Seyfəddinova (hamısı “Uğur”), Alina Nahmadova, Umnisə Əliyeva, Ləman Niftəliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Neslihan Bozkaya (“Kemer”), Seval Cakan (“Essen-Şönebek”, Almaniya) və Dilara Deli Soley (“FSV Gütersloh”, Almaniya) dəvət olunublar.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed