Şrift:
Azərbaycan gəncləri xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətləri özündə ehtiva edir
23.02.2019 [10:46] - Gündəm, Gənclik
Xırdalandakı Heydər Əliyev Mərkəzində Abşeron rayon gəncləri ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görüşdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışaraq Prezident İlham Əliyevin gənclərə yüksək diqqət və qayğı göstərdiyini, eləcə də reallaşdırılan müxtəlif dövlət proqramlarının nəticəsində bu sahə üzrə böyük uğurlar əldə olunduğun qeyd edib. Bildirilib ki, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətləri özündə ehtiva edən gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıq bizi çox sevindirir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə uğur qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır.

Digər çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları adından dövlətimizin başçısına müraciət qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed