Şrift:
Təbrizdə Beynəlxalq Ana Dili Günü mnasibəti ilə bildiriş vərəqələri paylanılıb
23.02.2019 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün, ana dilində təhsil almasına qadağa qoyulan millətlər üçün daha böyük əhəmiyyət daşıyır.

Ötən günlərdə Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər təşkil olundu. Təbriz şəhərində həyata keçirilən tədbirlərdən biri də şəhərdə minlərlə bildiriş vərəqəsinin paylanılması olub.

Məlumata görə, şəhərin əksər mərkəzi küçə və xiyabanlarında divarlara bildiriş vərəqələri yapışdırılıb və əhali arasında paylanılıb.

Bildirişdə qeyd olunub ki, ana dilində yazıb-oxumaq beynəlxalq qanunlara görə ən elementar hüquqlardan biridir, İran rejimi qeyri-fars millətlərinin bu hüququnu təmin etməkdən boyun qaçırır.

“Dilin əhəmiyyəti sadə bir ünsiyyət vasitəsi olmaqdan daha çoxdur, dil insan toplumu kimliyinin əsas ünsürüdür. Ana dilində təhsil məsələsi ən elementar hüquq sayılır, lakin bəzi ölkələr ayrı-seçkiliyə yol verərək zülm altında saxlandıqları millətlərin ana dilini sistemli şəkildə məhv edirlər. İran da bu ölkələrdən biridir. Bu ölkədə Pəhləvi səltənətinin qurulduğundan günümüzədək qeyri-fars millətlərinin mədəni kimliyi və ana dili nəhv edilir, onlar mədəni soyqırıma məruz qalır”- deyə bildirişin bir hissəsində qeyd olunub.

Bildirişdə ana dilində təhsilin əhəmiyyəti və buna beynəlxalq təşçkilatlar, o cümlədən BMT-nin təkid etdiyinə işarə olunub və qeyd edilib ki, bir milləti ana dilində təhsil almaqdan məhrum etmək əslində müstəmləkəçilik siyasəti sayılır. Lakin millətlər sübut edib ki, ana dilini qoruyub saxlamaq üçün hər zaman mübarizəsini sonuna qədər davam etdirir.

Bildiriş vərəqəsinin başlanğıcında aşağıdakı şeir qeyd olunub:
Biz varıq varsa vətən var isə doğma dilimiz
Öyrənib bilməlidir öz dilini türk elimiz
Anatək candan əzizdir ana torpaq ana dil
Hörmətin saxla yaşarkən analar qədrini bil
Ana dildə ananın sevgisi ətri dadı var
Ana dildə vətənin şanlı şərəfli adı var
Təbrizdə Beynəlxalq Ana Dili Günü mnasibəti ilə bildiriş vərəqələri paylanılıb
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed