Şrift:
“Traxtur” növbəti görüşdə “Saypa” ilə qarşılaşacaq
23.02.2019 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası bazar günü daha bir Tehran komandası ilə qarşılaşacaq.

İran üzrə futbol klublarının super liqa yarışlarının 19-cu həftəsində keçiriləcək görüşdə “Traxtur” “Saypa” klubunun qonağı olacaq.

Görüş fevralın 24-u Təbriz vaxtı ilə saat 16:00-da “Şəhr-i Qüds”ün Şohəda stadionunda başlayacaq.

“Traxtur”-“Saypa” oyunu GünAz TV ekranından canlı olaraq yayımlanacaq.

Bu arada mövsümün birinci yarısında Təbrizi tərk edən “Traxtur”un britanyalı hücumçusu Li Ervin uzun müddətdən sonra fevralın 21-də Təbrizə qayıdıb, onun “Traxtur” komandasında fəaliyyətini davam edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed