Şrift:
Təbrizdə aşıq sənəti ilə bağlı yeni musiqi aləti təqdim olunub
23.02.2019 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində tanınmış güney azərbaycanlı ustad aşıq Çingiz Mehdipur tərəfindən yaradılan yeni musiqi alətinin təqdimat mərasimi keçirilib.

Cümə axşamı günü keçirilən mərasimdə yeni hazırlanan alətin “Sazbas” adlandırıldığı bildirilib.

Mərasimdə ustad Çingiz Mehdipur hazırladığı müsiqi aləti barədə geniş çıxış edib.

““Dalğa” musiqi qrupu yarandıqdan sonra aşıq sazından fərqlənən bir musiqi alətinə ehtiyac duyulurdu. Sazın səsi zil olduğu üçün yanında bəm səsi də olmalıdır ki, onu tamamlasın. Bunun üçün yeni alətə ehtiyac var idi. “Sazbas”da əsasən sazın telləri üzərində işlənilib və dəyişiklik edilib. Biz sazın ağacına heyvan dərisi çəkib bəm səs yarada bilərdik. Amma bu vəziyyətdə aşıq sənəti və onun alətindən uzaqlaşardıq. Ona görə də yalnız sazın tellərində dəyişiklik etməklə yeni aləti hazırladıq”- deyə o bildirib.

Ustad Çingiz Mehdipur “Sazbas”ın hazırlanmasında bir çox gənc sənətkarın rolu olduğunu, onların fikir və təcrübələrindən istifadə olunduğunu vurğulayıb. O yeni alətin Azərbaycan musiqisini daha da zənginləşdirəcəyinə ümid etdiyini bildirərək söhbətini yekunlaşdırıb.

Təbrizdə aşıq sənəti ilə bağlı yeni musiqi aləti təqdim olunub
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed