Şrift:
Bu ölkədə bir ildə 3 804 dinc sakin öldürüldü
25.02.2019 [10:52] - Hadisə
Əfqanıstanda 2018-ci il ərzində hərbi əməliyyatlar zamanı 3 804 dinc sakin həlak olub, 7189 dinc sakin isə yaralanıb.
Bu barədə BMT-nin Əfqanıstanda yardım missiyası (UNAMA) və BMT-nin Ali komissarının insan hüquqları üzrə idarəsinin hesabatında məlumat verilib.

Hesabatda bildirilir ki, 2017-ci illə müqayisədə ölənlərin sayı 11 faiz artıb. Beləliklə, ölənlərin və yaralananların ümumi sayı təxminən 11 min nəfər təşkil edir və bu hesabatın aparıldığı müddətdən rekord göstəricidir.

Qeyd edilir ki, ölüm hallarının 63 faizi anti-hökumət qüvvələrinin hücumları zamanı baş verib: "Taliban" radikal hərəkatı (37 faiz), İŞİD terror qruplaşması (20 faiz) və digər qüvvələr (6 faiz).

Bundan əlavə bildirilir ki, 2018-ci ildə ğlən dinc sakinlərin əksəriyyəti terrorçu-intiharçıların hücumları və hava əməliyyatları zamanı həlak olublar.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed