Şrift:
ABŞ Venesuelaya ordu yeridə bilər
25.02.2019 [10:52] - Siyasət
“Bütün variantlara nəzər yetirilir. Biz qaçılmaz olaraq o addımları atırıq ki, orada Venesuela xalqı öz azad fikrini ifadə edə bilsin, demokratiya hakim olsun. Həmçinin elə edək ki, Venesuela xalqının gələcəyi də parlaq olsun”. Bunu ABŞ Dövlət katibi Mayk Pompeo Venesuelada hərbi əməliyyatların keçirilmə ehtimalına münasibət bildirərkən deyib.

ABŞ rəsmisi Venesuela Prezidenti Nikolas Maduronu da “xəstə tiran” adlandırmaqdan da çəkinməyib: “Maduro ən zalım və dəhşətli tirandır. Düşünürəm ki, Venesuela xalqı bunu görür”.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed