Şrift:
İranın 10 siyasi və milli partiya və təşkilatı islam respublikasına qarşı birgə mübarizə aparmaq üçün koalisiya yaradıb
25.02.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 23-də Almaniyanın Hannover şəhərində İranın 10 müxalif siyasi partiya və milli təşkilat nümayəndələri bir araya gələrək, islam respublikasını devirib İranda sekulyar-demokratik federal bir sisteminin bərqərar olunması uğrunda birgə mübarizə aparmaq üçün koalisiya yaradıblar.

Koalisiyaya, Azərbaycan Demokratik İttifaqı, Birlik, İranın Sekulyar-Demokrat Respublikaçılar Hərəkatı, Əl-Əhvaz Demokratik Təzamon Partiyası, İranın Kürdüstan Demokrat Partiyası, Kürdüstan Demokrat Partiyası, İran Kürdüstanının Komole Partiyası, Bəlucistan Xalq Partiyası, İran Xalq Fədailəri Birliyi Təşkilatı, İran Sol Sosialistlərinin Müvəqqət Şurası və Kürdüstan Zəhmətkeşlər Komole Partiyası- adlı siyasi və milli partiya, təşkilat və cərəyanlar qatılıb.

“İranda Azadlıq və Bərabərlik Uğrunda Həmrəylik” adlı toplantıda bildirilib ki, koalisiyanın yaranmasında əsas məqsəd, İranda molla rejimini devirmək, dini siyasətdən ayırmaq və İranda yaşayan xalqların iradəsinə uyğun olaraq, ölkədə sekulyar-demokratik federal bir sistem yaratmaqdır.

Koalisiyaya qatılan toplantı iştirakçılarının yaydığı birgə bəyanatında bildirilir ki, İranda hakim olan islam respublikasının ölkə və bölgə xalqlarına qarşı törətdiyi 40 illik cinayət və müdaxiləçi siyasətinə son qoyulmasının vaxtı gəlib çatıb: “Biz, sülh tərəfdarı olaraq, İran İslam Respublikasının bölgədə və dünyada yürütdüyü müdaxiləçi militarist siyasətinə son qoyulmasını tələb edirik. Hesab edirik ki, İran İslam Respublikası öz qonşularının daxili işlərinə qarışmaqdan əl çəkməli, regionda yürütdüyü macəraçı siyasətinə son qoymalı, öz qüvvələrini qeydsiz-şərtsiz bölgənin digər ölkələrindən çıxarmalıdır”.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed