Şrift:
Paracüdo üzrə respublika çempionatının qalibləri bəlli olub
26.02.2019 [11:25] - İdman
Fevralın 25-də paracüdo idman növü üzrə respublika çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Bakı İdman Sarayında baş tutub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, çempionatda 6 çəki dərəcəsində idmançılar yarışıblar.

Qadınlar arasında Gülnar Qarayeva (48 kq) və Sevda Vəliyeva (57 kq) qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində isə Murad Əliyev (60 kq), Namiq Abbaslı (66 kq), Zaməddin Poladov (73 kq), Ramil Əliyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın nəticələrinə əsasən, mayın 13-14-də Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında iştirak edəcək Azərbaycan milli komandasının tərkibi formalaşacaq.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed