Şrift:
Finlandiya parlamentinə Xocalı ilə bağlı müraciət ünvanlanıb
27.02.2019 [10:10] - Gündəm, Siyasət
Finlandiya-Azərbaycan Gənclər Birliyi Təşkilatının nümayəndələri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Finlandiya parlamentinin bir qrup deputatı ilə görüşüblər.

Təşkilatdan bildirilib ki, görüşdə deputatlara Xocalı soyqırımına Finlandiya parlamenti tərəfindən hüquqi qiymətin verilməsi ilə bağlı müraciət təqdim olunub.

Finlandiya-Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli Sosial Demokratlar partiyasının deputatlar qrupunun sədri Harri Vallinı, deputatlar Ville Skinnariyə və Mika Kariyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib. Təşkilat tərəfindən hazırlanan müraciətin mətni ilə finlandiyalı millət vəkillərini tanış edən N.Məcidli 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində bir gecədə baş verən qətliam haqqında danışıb. O artıq bir sıra ölkə parlamentlərinin bu faciəni soyqırımı kimi tanımasını vurğulayaraq, Xocalıda baş verənlərə bu ölkənin parlamentində də tezliklə hüquqi qiymət veriləcəyinə ümidvar olduğunu bildirib.

Təmsil olunduğu partiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Sosial Demokratlar partiyasinin deputatlar qrupunun sədri Harri Valli təqdim edilən bəyanatı parlamentdə təmsil olunan digər partiyaların deputatlarına da təqdim edəcəyini və Xocalı soyqırımını Finlandiya Parlamentində tezliklə müzakirəyə çıxaracağını bildirib.

Qeyd edək ki, Finlandiya-Azərbaycan Gənclər Birliyi Təşkilatı 2016-cı ilin avqustunda təsis olunub.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed