Şrift:
Azərbaycanın Müdafiə Nazirliyi: David Tonoyanın fikirləri hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir
27.02.2019 [10:12] - Gündəm, Hərb
Ermənistanın müdafiə naziri David Tonayan mülki şəxsdir və onun hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olması barədə heç bir anlayışı yoxdur.

Bu barədə D.Tonayanın Ermənistanın ictimai televiziyasında çıxışı zamanı bu ölkənin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsi ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd edilib: “D.Tonoyan müdafiə nazirinin müavini olduğu vaxt - 2016-cı ilin Aprel döyüşlərində, eləcə də nazir vəzifəsində çalışdığı dövrdə baş verən Günnüt əməliyyatı zamanı “hücuma keçmək” istəyən Ermənistan ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan Ordusunun bütün istiqamətlərdə Ermənistan ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməzliyini Tonayan özü də etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed