Şrift:
Dünya iqtisadiyyatını gözləyən 10 əsas TƏHLÜKƏ
27.02.2019 [10:16] - İqtisadiyyat
Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı dünya iqtisadiyyatını gözləyən ən böyük təhlükələrdən yazıb.

Dünya iqtisadiyyatının artım templərində geriləmə gözlənilir.
Belə ki, 2019-cu ildə iqtisadi artım 2,9%, 2020-ci ildə isə 2,6%-ə qədər geriləyəcək.

“The Economist” jurnalının təhlükəli saydığı 10 əsas məsələni təqdim edirik.

1. Ticarət müharibələri

ABŞ və Çin arasında gedən ticarət müharibəsi dünya iqtisadiyyatının stabil inkişafı üçün ən böyük təhlükə törədir. Əgər münaqişə kəskinləşərsə, bu, qlobal ticarətin azalmasına, inflyasiya, işçi dairələrdə əhval-ruhiyyəyə mənfi təsir edəcək və beynəlxalq ticarətdə proteksionizmin inkişafına addım sayılacaq.

2. ABŞ-da resessiya

Yaxın 2 ildə resessiya dağıdıcı olmasa da, 2019-cu ildə ABŞ iqtisadiyyatının artım tempi 2,3%, 2020-ci ildə isə 1,5%-ə qədər geriləyəcək. Amma ölkənin maliyyə sektorunun həssaslığı bu sahədə ciddi geriləyiş də yarada bilər.

3. İnkişaf etməkdə olan ölkələrdə böhran

2018-ci ildə valyuta böhranına görə ciddi zərər görən inkişaf etməkdə olan ölkələr 2019-cu ildə daha ağır duruma düşə bilərlər. Bu böhran investorların gedişi və Çin-ABŞ rəqabətindən doğan səbəb ola bilər.

4. Çin iqtisadiyyatında durğunluq

Çin iqtisadiyyatının çöküşü inandırıcı deyil. Amma ABŞ-la ticarət müharibəsi şəraitində atılan addımlar səhv qərarlara yol aça bilər. Ən təhlükəli məsələ ölkənin Ümumi Daxili Məhsulunun 230%-I həcmində olan daxili kreditlərin olmasıdır.

“The Economist”in dünya iqtisadiyyatı üçün təhlükə bildiyi digər faktorlar isə bunlardır:

5. Neft hasil edən ölkələrdəki qeyri-stabillik nəticəsində dünya bazarında neftin kəskin bahalaşması

6. Cənubi-Çin dənizində adalar qrupunun məxsusluğu üstündə Çin, Fillipin, Vyetnam və Bruney arasında hərbi toqquşmalar

7. Kiberhücumlar nəticəsində internetin geniş seqmentinə zərər dəyməsi

8. Koreya yarımadasında hərbi əməliyyatların başlaması

9. Böyük Britaniyanın Brexit-dən Avropa İttifaqı ilə razılaşma əldə etmədən çıxması

10. İtaliyada siyasi və maliyyə sahəsində problemlərin bank sektorunda qeyri-sabitlik yaratması.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed