Şrift:
“Sepah”ın Hərbi Dəniz Qüvvələri komandanı Qərbi Hörmüz boğazını bağlamaqla təhdid edib
27.02.2019 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Hərbi Dəniz Qüvvələri komandanı Əlirza Təmsiri Qərbi Hörmüz boğazını bağlamaqla təhdid edib.

O, bunun İranın neft ixracatının sıfıra endiyi halda baş tutacağını bildirib. Təmsirinin sözlərinə görə, ölkəsi neft ixrac edə bilmədiyi təqdirdə, heç bir ölkəyə Hörmüz boğazından neft daşımağa icazə verməyəcək və bu istiqamətdə zəruri olan bütün addımları atacaq.

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdıqdan sonra rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edib. Amerikalı rəsmilərin dediklərinə əsasən, bu sanksiyaların hədəflərindən biri İranın neft ixracatını sıfıra endirməkdir. İranın neft və qaz sektoruna qarşı embarqoların qəbul edilməsinə baxmayaraq, aprel ayına qədər 8 ölkə İrandan neft ala bilər. Bu icazə müddəti bitdikdən sonra isə onlar da İrandan qara qızıl idxal edə bilməyəcəklər. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk da ölkəsinin bu icazə müddətini uzatmaqla bağlı planının olmadığını deyib.

İran rəsmiləri bundan öncə də bir neçə dəfə neft ixrac edə bilməyəcəkləri təqdirdə, Hözmüzü bağlayacaqlarını bildiriblər.

Bu təhdidlərə cavab olara Amerika Hərbi Dəniz Qüvvələrinin Əməliyyat üzrə komandanı İrana xəbərdarlıq edərək bildirmişdi ki, ABŞ zor gücünə belə olsa, Hörmüz boğazında gəmilərin hərəkət sərbəstliyini təmin edəcək.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed