Şrift:
XİN: Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
28.02.2019 [10:13] - Gündəm, Siyasət
Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed