Şrift:
Fevralda 50-dən çox qızılcaya yoluxma halı qeydə alınıb
28.02.2019 [10:14] - Sağlıq
Ötən ilin dekabr və bu ilin yanvar aylarında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu aşkar edilib. Fevralda isə yoluxanların sayı 50-dən çox olub.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın verdiyi məlumata görə, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənddən kənarda qalan 20-40 yaş arasında olanlardır.

Onun dediyinə görə, son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir: “Havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq, çünki hava şəraiti ilə əlaqədar insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxınlaşdıqca qeydə alınmayacaq”.

Direktor müavini bəzi ərazilərdə peyvənddən kənarda qalan uşaqların da həmin kampaniyaya cəlb edilməsi işinin daha da gücləndirildiyi, əks-epidemik tədbirlərin, xəstələrin müayinə və müalicəyə cəlb edilməsinın vaxtında həyata keçirildiyini bildirib. Həmin tədbirlər indi də davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed