Şrift:
Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb
28.02.2019 [10:47] - Gündəm, Sosial
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 116 manat məbləğində müəyyən olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed