28.02.2019 [12:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hətta belə hadisə olsaydı belə, bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsiri olmazdı”
Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yalnız yaxın qonşuluq səviyyəsində dəyərləndirilmir. Bu iki ölkə həm də bir-birilə qardaş dövlətlərdir. Münasibətlərin həddən artıq yaxın olması yalnız sözdə ifadə olunmur, eyni zamanda, iki ölkə arsındakı əlaqələrin düzgün qurulması və hadisələrə münasibətdə də özünü aydın şəkildə göstərir.
Məsələn, Türkiyə ilə Ermənistan arasındakı sərhədləri açmağa nə qədər cəhd etsələr də, bu alınmadı. Çünki bu məsələdə Türkiyənin mövqeyi sərt və konkretdir. Qardaş ölkənin şərti belədir ki, Ermənistan nə qədər ki, işğaldan əl çəkməyib, sərhədlər də açılmayacaq.
Ancaq qardaş ölkələr arasındakı münasibətləri korlamağa çalışan kifayət qədər qüvvə mövcuddur. Proseslərin gedişi isə göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdi heç zaman baş tuta bilməz. Biz bu cür cəhdlərə hazır olmalıyıq. Çünki sözügedən birliyi sevməyən qüvvələr az deyil və onlar bu cür yalanlar uydurmaqla iki qardaş ölkə arasında problemlər yaratmaq istəyirlər. Bu məsələdə hər iki ölkənin mediasının üzərinə də ağır yük düşür.
Fevral ayının 20-də Türkiyə mediasında yayılan və sonra Azərbaycan XİN tərəfindən təkzib edilən məlumatı da bu cəhdlər sırasına aid edə bilərik. Həmin məlumatda qeyd edilirdi ki, guya Azərbaycanın xüsusi statuslu səfiri Elşad İsgəndərovu Türkiyə tərəfi “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıb. Lakin bizim XİN məlumatın məhz təxribat xarakterli olduğuna işarə etdi: “Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək, qərəzli xarakter daşıdığından, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq".
Göründüyü kimi, rəsmi qurum da bunu iki ölkə arasındakı münasibətlərə xələl gətirmək məqsədilə atılan təxribat xarakterli addım kimi dəyərləndirir. Bu cəhdlərin arxasında kimlər və hansı məqsədlər dura bilər?
Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək, aranı vurmaq istəyən kifayət qədər qüvvə var: “Bunların da başında ermənilər və onların təsiri altında olan qüvvələr durur. Dediyiniz son hadisə ilə də bağlı Xarici İşlər Nazirliyinin mövqeyi var. Çox əhatəli şəkildə izah edilib. Bunu yetərli saymaq olar. Çünki istənilən dövlətdə olan məsələyə rəsmi münasibət daha əsas sayılmalıdır. Hətta belə hadisə olsaydı belə, bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsiri olmazdı. Son günlər çeçenlərlə baş verən hadisəni də bu qəbildən saymaq olar. Orada da erməni barmağı çıxdı. İstək bu idi ki, azərbaycanlılar daha bir millətlə düşmən olsunlar. Mən təşəkkür edirəm ki, siz də bir KİV olaraq belə hallara ayıq-sayıq baxırsınız. Xüsusilə də bu qəbildən olan məlumatlar dəqiqləşdirilməlidir. Çünki iki qardaş ölkə arsındakı münasibətləri pozmaq üçün ən ideal vasitə KİV-lər sayıla bilər”.
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev də hesab edir ki, bu cür təxribatların arxasında yalnız iki ölkənin yaxınlığını istəməyən qüvvələr dura bilər: “Son hadisədə texniki xətadan çox, siyasi təxribat izləri gördüm. Türkiyədə çoxlu sayda erməni əsilli şəxs yaşayır. Onların KİV-lərdə də dayaqları möhkəmdir. Hesab edirəm ki, bu məsələnin araşdırılmasında daha çox Türkiyə maraql olmalıdır. Çünki informasiyanın ilkin mənbəyi məhz həmin ölkədəki KİV-lərdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsində maraqlı olan ən başlıca qüvvə ermənilərdir. Yalnız son hadisəyə köklənməməliyik. Biz bütün istiqamətlərdən belə təxribatları gözləyə bilərik. Ona görə də hər iki ölkənin rəsmi qurumları, xüsusilə də KİV-ləri ayıq-sayıq olmalıdırlar. İnanmıram ki, belə xırda tərpənişlərlə qardaş ölkənin dostluğunu sarsıtmaq mümkün olsun”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |