Şrift:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Boomerang” layihəsinin təqdimat mərasimi keçirilib
01.03.2019 [09:39] - Gündəm, Gənclik, DAVAMın yazıları
Fevral ayının 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kiçik səhnəsində “Boomerang” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirin məqsədi tələbələri layihənin gedişatı, sənədləşmə qaydaları və son tarixlər barədə ətraflı məlumatlandırmaqdır. Tədbirdə çıxış edən British Council-un direktor müavini Nigar Baimova çıxış edərək bildirib ki, British Council Ali Təhsil Sahibkarlıq sahəsinin inkişafına istiqamətlənmiş Creative Spark proqramına start verib. Proqram çərçivəsində Birləşmiş Krallıqdan Gradcore və London İncəsənət Universiteti (UAL), Azərbaycandan Mədəniyyət və İncəsənət Universiteti və Yarat Müasir İncəsənət Məkanı arasında tərəfdaşlıq formasını həyata keçirəcək “Boomerang” layihəsi hazırlanıb.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və İnnovasiyalar Sektorunun müdiri Ramil Abbəkirov, Yarat Müasir İncəsənət Məkanında Təhsil proqramlarının rəhbəri Səyyarə Hüseynli, ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə London və Bakıdan mədəniyyət və sahibkarlıq təcrübəsi ilə yaxından tanış olmaq, öz ölkələrinə qayıtdıqdan sonra yeni yaradıcı layihələr hazırlamaq və biznes qurmaq məqsədilə digər şəhərə səfərdə iştirak etmək üçün müraciət edən tələbələri cəlb edib.
Bu tərəfdaşlıq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, habelə Creative Spark proqramı çərçivəsində British Council tərəfindən dəstəklənir. Tərəfdaş kimi bizi daha geniş mədəni əlaqələr qurmaq, tələbə və məzunlarda yaradıcılıq və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək kimi ortaq maraq birləşdirir. Layihə təkcə gələn il deyil, Birləşmiş Krallıq və Azərbaycan arasında uzunmüddətli və davamlı əlaqələr yaratmaq üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed