Şrift:
Maki Sall ikinci dəfə Seneqal Prezidenti seçilib
01.03.2019 [10:20] - Gündəm, Siyasət
Seneqalda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Bu ölkənin seçki komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı Maki Sall yenidən Prezident seçilib.

Maki Sall seçicilərin səslərinin 58 faizini toplayıb. Onun seçkilərdə qələbəsinin səbəbi kimi ölkə iqtisadiyyatında son illər 6 faizlik artımın olması göstərilir. Bu, Afrika qitəsində ən yüksək göstəricilərdən biridir.

Maki Sallın müxalifətdən olan rəqibləri - Dakarın keçmiş meri Xəlifə Sall (qohumluq əlaqələri yoxdur) və Kərim Vade korrupsiya ittihamlarına görə seçki marafonunu vaxtından əvvəl tərk ediblər. Prezidentin əsas rəqibi, sabiq Baş nazir İdrissa Sek isə cəmi 21 faiz səs toplaya bilib.

Seneqaldakı prezident seçkilərində 6,6 milyon seçici səs verib.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed