Şrift:
II Avropa Oyunlarının antidopinq proqramı açıqlanıb
01.03.2019 [10:34] - İdman
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının antidopinq proqramı açıqlanıb.Yarış zamanı dopinq nəzarət məntəqələri bütün idman qurğuları və İdmançılar Kəndində fəaliyyət göstərəcək.
Testlər ümumilikdə bütün idman növlərində aparılacaq. Üç növ istisna olmaqla, digərlərində qanda dopinqin yoxlanılması da nəzərdə tutulub. Bunlar kamandan oxatma, güllə atıcılığı və stend atıcılığıdır. Avropa Olimpiya Komitəsinin (AOK) tələbi ilə testlər Avstriyadakı laboratoriyada yoxlanılacaq.
Dopinq testə məruz qalacaq idmançıların ümumi və növlər üzrə sayı AOK-un istəyi ilə açıqlanmır.
Mükafatçılar sırasında düşən bütün atletlər bu yoxlanışdan keçməli olacaq. Həmçinin püşkə əsasən də dopinq testlər aparılacaq. Ümumdünya Dopinq Agentliyi (WADA) və federasiyaların istəyi ilə bəzi idmançıların da yoxlamaya məruz qalması mümkündür. Eyni zamanda, qadağan olunmuş maddələrdən istifadə ehtimalı yüksək olan növlər də müəyyənləşib. Bunlar atletika, velosiped idmanı, güləş, sambo, cüdo, kanoe və kayaklarda avarçəkmədir.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed