Şrift:
“Güney Azərbaycan və Beynəlxalq Ana Dili Günü” mövzusunda panel keçiriləcək – Ankarada
01.03.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 2-də Türkiyə paytaxı Ankarada “Güney Azərbaycan və Beynəlxalq Ana Dili Günü” mövzusunda panel keçiriləcək.

Paneldə Güney Azərbaycan Milli Hərəkatının siyasi fəalları, GAMAC və GAMOH təşkilatlarının nümayəndəsi və Türkiyə universitetlərinin tanınmış müəllimləri iştirak edəcək. Tədbirdə Azərbaycan Milli Hərəkatı və İranda milyonlarla türkün ana dilində təhsil hüququ barədə çıxışların olacağı bildirilir.

Tədbir şənbə günü yerli vaxtla saat 14:00-da Ankarada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində başlayacaq.

Azərbaycan Milli Hərəkatı fəalları müxtəlif ölkələrdə tədbirlər keçirərək Güney Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed