Şrift:
Estoniyada parlament seçkilərində müxalifət qalib gəlib
04.03.2019 [10:30] - Gündəm, Siyasət
Estoniyada keçirilən seçkilərin yekununda beş partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Müxalifətçi sağ liberal İslahat Partiyası mandatların üçdə birini əldə edib.
Bu barədə Estoniya Seçki Komissiyasına istinadən RİA "Novosti" məlumat yayıb.
İlkin məlumatlara görə, İslahat Partiyası 28,8% səs toplayıb və parlamentdə mövcud 101 yerdən 34-nü qazanıb.
Mərkəz Partiyası 23% (26 yer), Mühafizəkar Xalq Partiyası 17,8% (19 yer), "Isamaa" Partiyası 11,4% (12 yer), Sosial Demokrat Partiyası 9,8% (10 yer) səs toplayıb.
Estoniyada parlament seçkiləri martın 3-də keçirilib.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed