Şrift:
ABŞ Maduronu devirmək üçün koalisiya yaradır
04.03.2019 [10:31] - Siyasət
Vaşinqton Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa çalışır.
Bunu Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
O bildirib ki, Amerika, hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa çalışır.
"Mən başdan ayağa korrupsiyaya bulaşmış rejimin dəyişdirilməsi üçün bizim mümkün qədər toplaya biləcəyimiz koalisiya görmək istərdim", - deyə Bolton qeyd edib.
Daha əvvəl Xuan Quaido öz tərəfdarlarını hazırkı hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed