Şrift:
Türk Dünyası üçün önəmli qərar: ORTAQ TARİX, ORTAQ COĞRAFİYA, ORTAQ ƏDƏBİYYAT
04.03.2019 [11:50] - Xəbərlər, Türk dünyası-Turan
Türk dövlətlərinin ortaq tarix, coğrafiya və ədbiyyat dərsliyi hazırlanır.
Bunu açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq Baş katibi Ramil Həsənov deyib.

Onun sözlərinə görə, orta məktəblər üçün ortaq Türk tarixi kitabı hazırlanıb və onun üzv ölkələrin orta məktbələrində tədris olunacaq.

“Artıq pilot layihə kimi Qazaxstan və Türkiyənin bir sıra məktəblərində bu dərs vəsaiti kimi keçilməkədir. Yaxın gələcəkdə isə Türk Şurasına üzv ölkələrin 9-11-ci siniflərində bir dəsr vəsaiti kimi tədris olunacaq. Bununla bağlı yekun qərar Türk Şurasına üzv ölkələrin təhsil nazirlərinin toplantısında veriləcək. Çox güman ki, bu dərslik 2020-ci ilin dərs proqramlarına salınacaq və tədris olunmağa başlanacaq”, – deyə R.Həsənov bildirib.

O, eyni zamanda deyib ki, hazırda ortaq Türk coğrafiya və ədəbiyyat kitabının hazırlanması istiqamətində işlər gedir.

Ortaq Türk dil məsələsinə gəldikdə R.Həsənov deyib ki, bu sahədə yaxın gələcəkdə hansısa ortaq bir məxərəcə gəlməklə bağlı bir söz demək çətindir: “Biz məsələyə real yanaşmalıyıq. Bu uzun zaman tələb edən bir prosesdir”.

Ortaq televiziyanın yaradılması istiqamətində də işlərin getdiyini qeyd edən R.Həsənov deyib ki, ortaq Türk televiziyasının yaradılmasında iki variant ortadadır:

“ Birincisi sıfırdan yeni bir telekanal yaratmaq, ikincisi isə TRT Avaz bazasında ortaq Türk televiziyasını formalaşdırmaq. Hazırda mütəxəssislər bu istiqamətdə işləyir. Ortaq bir nəticəyə gəldikdən sonra sənədlər dövlət başçıları təqdim edəcəklər və onlar da buna müvafiq olaraq yekun qərar verəcəklər”.
Bu xəbər oxucular tərəfindən 90 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed