Şrift:
Estoniyada Ermənistanın növbəti təxribatının qarşısı alınıb
05.03.2019 [10:57] - Gündəm, Siyasət
Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.

Səfirlikdən bildiriblər ki, Estoniyanın Milli Kitabxanasında keçirilən Ermənistana dair kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib.

Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir.



Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed