Şrift:
İbrahim Rəisi İran məhkəmə sisteminin rəhbəri olacaq
05.03.2019 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Mohseni Ejei İbrahim Rəisinin təmsil etdiyi qurumun rəhbəri təyin edilməsi ilə bağlı yayılmış xəbərləri rəsmi olaraq təsdiqləyib.

Onun sözlərinə görə, İbrahim rəsmi martın 9-dan bu vəzifədə Sadiq Laricanini əvəz edəcək. Mohseni Ejei özünün tutduğu vəzifədə qalacağını bildirib.

Qeyd etmək lazımdır ki, İbrahim Rəisi 1989-cu ildə siyasi məhkumların edam hökmlərini çıxardan 3 nəfərlik heyətin üzvü olduğu üçün Avropa Şurası ona qarşı sanksiyalar qəbul edib.

İran İnsan Hüquqları Təşkilatı İbrahim Rəisinin məhkəmə sisteminin rəhbəri təyin edilməsi ilə bağlı yayılmış xəbərlərə bildirdiyi münasibətdə bəyan etmişdi ki, bu şəxsin nəinki qeyd edilən quruma rəhbər təyin edilməsi, eləcə də adının bu vəzifəyə namizəd kimi irəli sürülməsi “İranda qanunun aliliyi və ədalətin icrası istiqamətində faciədir”. Təşkilat həmçinin onun vəzifəyə seçilmək əvəzinə, mühakimə olunmasının daha doğru addım olduğunu bildirib.

O, bundan əvvəl də İranın məhkəmə orqanlarında yüksək postlar tutub, eləcə də bir neçə il ölkənin baş prokuroru olub. Avropa Şurası İbrahim Rəisini siyasi məhkumların qondarma ittihamlarla edam edilməsində əli olduğu üçün sanksiyalar siyahısına salıb.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed