Şrift:
İranın 44 şəhərində müəllimlərin rejimə qarşı oturaq etiraz aksiyası davam edir
05.03.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 4-də İranın 44 şəhərində ibtidai və orta məktəb müəllimlərinin rejimə qarşı dörd gün əvvəl başladığı oturaq etiraz aksiyası davam edib.

Etirazların 3-cü günündə, müəllimlər dərs otaqlarına getməkdən imtina edərək, oturaq aksiyasını davam etdiriblər.

Paytaxt Tehran, Məşhəd, Təbriz, İsfahan, Şiraz, Zəncan, Qəzvin, Banə, Kamyaran, Sari, Culfa, Kirman, İslamşəhr, Həmədan, Kirmanşah, Bocnurd, Abadan, Xürrəmabad və onlarla digər şəhərdə oturaq aksiyası keçirən müəllimlər, əllərində yazılı plakatlar qaldıraraq öz tələblərini irəli sürüblər.

Müəllimlərin ölkə üzrə peşə təşkilatlarının azad şəkildə fəaliyyətinə qoyulan qadağaların aradan qaldırılması, həbs edilən məhbus müəllimlərin azadlığa buraxılması, müəllimlərin maaşlarının artıdırılması, müəllimləri qarşı təzyiq və ayrı-seçkiliyin aradan qaldırılması, ölkənin təhsil sisteminə münasib büdcənin ayrılması, təhsildə ədalətə riayət olunması, müəllimlərin sığortalanması, təqaüdə çıxmış müəllimlərin pensiyalarının eyniləşdirilməsi və onların problemlərinin həll olunması, etirazçı müəllimlərin əsas tələbləridir.

İranın müxtəlif əyalətlərində, o cümlədən də, Kürdüstan, Kirmanşah, Əlbürz, Həmədan, Rəzəvi Xorasan, Cənubi Xorasan, İsfahan, Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Mazandaran, Xuzistan, Fars, Gilan, Sistan-Bəlucistan, Yəzd, Qəzvin, Zəncan, Çarmahal və Bəxtiyari əyalətlərində oturaq etiraz aksiyasına qatılan müəllimlərdən kimlərinsə tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

İranın 44 şəhərində müəllimlərin rejimə qarşı oturaq etiraz aksiyası davam edir

İranın 44 şəhərində müəllimlərin rejimə qarşı oturaq etiraz aksiyası davam edir
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed