Şrift:
Milli Məclisin növbəti plenar iclası keçirilir
05.03.2019 [12:38] - Gündəm, Siyasət
Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Əvvəlcə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasın gündəliyini təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Reklam haqqında", "Gənclər siyasəti haqqında" qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.

Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.

Plenar iclasda, həmçinin "İpoteka haqqında", "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxılacaq.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed