Şrift:
Təbriz derbisi olacaq – SABAH
06.03.2019 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran üzrə futbol klublarının super liqa yarışlarının 21-ci həftəsində Təbriz təmsilçiləri üz-üzə gələcək.

“Traxtur” və “Maşınsazi” komandalarının görüşü martın 7-i yerli vaxtla saat 15:00-da başlayacaq.

Təbriz derbisini GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qardaş komandaların görüşü zamanı stadionda milli şüarların səsləndiriləcəyi gözlənilir. Ötən həftə “Traxtur”la “Sepahan”ın Təbrizdə keçirilən görüşündə Dağlıq Qarabağ və Azərbaycan Respublikasına dəstək verən bir çox şüar səsləndirildi. Buna səbəb Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması idi. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed