Şrift:
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə görüşüb
06.03.2019 [11:02] - Gündəm, Siyasət
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.
Bunu icma rəhbəri bildirib.
"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvləri ilə birgə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə mövcud olmalıdır", - deyə T.Gəncəliyev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed