Şrift:
Azərbaycan diaspor təşkilatlarının sayı artıb
06.03.2019 [11:11] - Gündəm, Diaspor
Keçən il ərzində xarici ölkələrdə 3 yeni diaspor təşkilatı yaradılıb.

Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda dünyanın müxtəlif ölkələrində 557 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.

Hesabatda qeyd edilir ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi yaradılaraq aktiv fəaliyyəti təmin edilib. Eyni zamanda Dövlət Komitəsinin radiosu “Diaspor FM” test yayımına başlayıb.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed