Şrift:
Türkiyə tibb universitetlərinin Azərbaycanda filialı yaradıla bilər
06.03.2019 [11:12] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Tibb Universitetində (ATU) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.

Professor G.Gəraybəyli Azərbaycanda ikili diplomların alınması üçün işlər görüldüyünü, bu baxımdan ATU tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini bildirib. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, oradan müəllimləri ATU-da dərs keçməsinə önəm verildiyini vurğulayıb.

Rektor G.Gəraybəyli gələcəkdə Türkiyə tibb universitetlərinin ATU nəzdində filialı yarana biləcəyini də istisna etməyib.

ATU ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin professoru İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını bildirib. Onun sözlərinə görə, bu sənəd ATU üçün də yararlı ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancı ATU-nun Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed