Şrift:
Özbəkistan parlamenti Ali Məclisinə yeni səlahiyyətlər verilir
07.03.2019 [09:28] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan parlamentinin qanunvericilik palatası-Ali Məclisə yeni səlahiyyətlər verilir.

Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb və sənəd aprelin 1-dən qüvvəyə minəcək.

Qanunvericilik palatasının səlahiyyətlərinə siyasi, sosial-iqtisadi həyat, dövlətin daxili və xarici siyasəti, hökumət üzvlüyünə namizədlərin Baş nazir tərəfindən təqdimatının müzakirəsi və bəyənilməsi ilə bağlı qərarların qəbulu daxildir.

Bundan sonra hökumət üzvləri qanunvericilik palatası tərəfindən bəyənildikdən sonra dövlət başçısı tərəfindən təsdiq ediləcək. Əvvəl isə Ali Məclis tərəfindən təsdiq olunmurdu.

Sənədə görə Baş nazir və hökumətin üzvləri hər rübün sonunda Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı Ali Məclisə və Senata hesabat təqdim edəcək.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed