Şrift:
Türkiyənin səkkizinci prezidentinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mərkəz yaradılacaq
07.03.2019 [09:32] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Malatya şəhərində bu ölkənin səkkizinci prezidenti Turqut Özalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Turqut Özal Xatirə Evi və Araşdırma Mərkəzi” yaradılacaq.

Bu barədə Malatya Böyükşəhər Bələdiyyəsinin rəhbəri Hacı Uğur Polat məlumat verib.

Məlumata görə, mərkəz Malatya Konqres və Mədəniyyət Mərkəzinin yanında yerləşən 250 kvadratmetrlik ikimərtəbəli binada açılacaq. Burada T.Özalın şəxsi əşyaları, araşdırma otağı, prezidentlik etdiyi zamana aid otağının oxşarı, “Özal” kitabxanası nümayiş etdiriləcək.

Mərkəzin bir il ərzində tamamlanması planlaşdırılır.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed