Şrift:
Xoy şəhərinin millət vəkili Tehranda ermənilərin qarabağla bağlı qaldırdığı qondarma plakata etiraz bildirib
07.03.2019 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olub.

Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy və Çaypara şəhərlərinin millət vəlili Tağı Kəbiri baş verən hadisəyə görə İranın Xarici İşlər Nazirliyinə xəbərdarlıq edib.

“Ermənistan baş nazirinin Tehrana səfərində “Ararat” klubunda Dağlıq Qarabağla bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yazılı parçanın nümayiş etdirilməsi qəbuledilməzdir. Bununla bağlı xarici işlər nazirindən açıq və kəskin mövqe sərgiləməsini təkidlə tələb edirəm”- deyə azərbaycanlı millət vəkili yazıb.

Bundan əvvəl Urmiyənin millət vəkili Hadi Bahaduri, Nadir Qazipur və Ruhulla Həzrətpur, həmçinin Culfa və Mərəndin millət vəkili Məhəmməd Həsənnəjad və Təbrizin millət vəkili Məsud Pezeşkiyan da baş verən hadisəyə görə İranın xarici işlər nazirinə xəbərdarlıq ünvanlayıb.

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.
Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed