Şrift:
“Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün lisenziya alıb- Urmiyə Universitetində
07.03.2019 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə Universitetində “Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün ali təhsil müəssisəsinin rəhbərliyindən lisenziya alıb.

Azərbaycanlı öyrəncilər bundan əvvəl qurumun fəaliyyətə başlaması üçün universitet rəhbərliyindən icazə tələb etmişdir. Məlumata görə, artıq universitetin mədəniyyət bölümü tələblə bağlı razılıq verib.

“Azərbaycan Mədəniyyət Ocağı” Azərbaycanla bağlı ictimai-mədəni sahədə fəaliyyət göstərmək istəyən öyrənciləri quruma cəlb etməkdədir. Qurumun rəyasət heyəti üzvlərinin yaxın gələcəkdə seçiləcəyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed