Şrift:
Türkiyə Superliqasının XXV turuna start verilib
09.03.2019 [10:34] - Gündəm, İdman
Futbol üzrə Türkiyə Superliqasının XXV turuna “Sivasspor”-“Yeni Malatyaspor” matçı ilə start verilib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 35-ci dəqiqəsində “Sivasspor”un hücumçusu Fateh Aksoy hesabı açıb. Matçın 45-ci dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar - 2:0. Bu dəfə Duqlas Pereyra fərqlənib.

Bu oyundan sonra "Sivasspor" 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Malatya təmsilçisi rəqibi eyni xala malik olsa da, topların fərqinə görə ondan öndədir.

Qeyd edək ki, turun ən maraqlı qarşılaşması “Başakşəhər” və “Fənərbağça” komandaları arasında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed