Şrift:
Təhlükəsizlik orqanlarının təzyiqi ilə "Azərbaycan tarixi və mədəniyyəti" konfransı ləğv edilib
09.03.2019 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.

Konfrans təhlükəsizlik orqanlarının təzyiqi ilə universitet rəhbərliyi tərəfindən tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv edilib.

“Xətayi Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunmuşdur.

Konfransın təşkilatçıları uzun müddətdir tədbirin keçirilməsi xəbərini yayaraq təbliğat aparıb. Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı öyrəncilərin etirazına səbəb olub.

Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed