Şrift:
“Araz News” saytı tanınmış milli mübariz Abbas Lisaninin əleyhinə yalan məlumat yayır
09.03.2019 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə kimliyi məlum olmayan bəzi Teleqram kanalları azərbaycanlı milli fəallarla bağlı yalan məlumatlar yayaraq bu barədə etibarlı mənbələrin yaydığı doğru xəbərləri etibardan salmağa çalışırlar.

Bu istiqamətdə “Dirəniş” qrupuna aid “Araz News” saytı da martın 6-da bir Səs Faylı yayıb. Əslində “Azərbaycanlı milli fəal Abbas Lisaninin zindandan Paşinyanın Tehrana dəvət edilməsini qınayan mesajı” adlı Səs Faylı 2015-ci ilin noyabr ayında qeydə alınıb. Faylda Abbas Lisani Ərdəbil zindanında olduğu zamanı türklərə qarşı məlum təhqiramiz “Fitilə” televiziya verilişinə etiraz bildirib. “Araz News” saytı isə Səs Faylının ötən günlərdə yazıldığını iddia edib.

Milli fəallar hər kəsi ayıq-sayıq olmağa çağıraraq bu kimi yalan məlumatların yayılmasını doğru xəbərləri etibardan salmağa yönəldiyini bildirirlər. Şübhəsiz ki, Azərbaycan Milli Hərəkatı fəalları ilə bağlı xəbərləri yalnız etibarlı mənbələrdən izləmək məqsədəuyğun olardı.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed