Şrift:
Məşhur türkiyəli müğənninin “Traxtur” komandası üçün hazırladığı marş...
09.03.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bundan əvvəl elan etdiyi kimi, türkiyəli məşhur müğənni İlyas Yalçıntaş Güney Azərbaycanın “Traxtur” futbol komandası haqda mahnı oxuyacaq.

“Anadolu” xəbər agentliyiin yaydığı məlumata görə, son vaxtlar oxuduğu mahnıları ilə Güney Azərbaycan və İranda məşhurlaşan müğənni artıq nəzərdə tutuğu marşı hazırlamaq üzrədir.

O bu barədə 2018-ci il noyabr ayında Twitter səhifəsində post paylaşdığını da diqqətə çatdırıb.

““Bilməcə” mahnımın melodiyası bir marş yaratmaq üçün çox münasibdir. Yaxın zamanda melodiyaya uyğun şəkildə “Traxtur” komandası üçün bir şeir yazacam. Bu marşı “Traxtur”un coşğulu tərəfdarlarına hədiyyə edəcəm. Bu istiqamətdə fəaliyyətimiz davam edir, yaxın zamanda nəticə elan olunacaq”- deyə o bildirib.

Tanınmış müğənni “Traxtur” tərəfdarlarının olduqca coşğulu olduqlarını bildirərək uzun zamandır komandanın oyunlarını izlədiyini qeyd edib.

İlyas Yalçıntaş dəfələrlə “Traxtur” komandasını yaxından izləmək və Təbrizdə konsert leçirməyə cəhd edib, lakin bu mümkün olmayıb. O hətta ötən il Təbrizdə konsert vermək üçün rəsmi icazə də alıb, buna baxmayaraq İran Mədəniyyət və İrşad Nazirliyi təyin olunmuş vaxta bir neçə həftə qalmış konserti ləğv edərək müğənniyə Kiş adasında konsert keçirməyi məsləhət görüb.

İran rejimi türk mədəniyyət və incəsənətinin inkişafının qarşısını almaq üçün bu günə qədər heç bir türkiyəli müğənniyə Güney Azərbaycanda konsert keçirmək icazəsi verməyib, hətta yerli güneyli müğənnilər də oxşar problemlərlə üzləşir.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed