Şrift:
SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub
11.03.2019 [11:10] - Xəbərlər, Hərb
Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada 23-cü yeri tutub.

Bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında göstərilir.

Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları Rusiya (51%), İsrail (43%) və Türkiyədir (2,8%).

Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdə ABŞ, Rusiya, Fransa qərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.

Dünyanın ən böyük 5 silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının 75%-ni təmin edib.

Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.

Dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı 192% artırıb.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed