Şrift:
60 yaşından sonra idman vaxtsız ölüm riskini azaldır
12.03.2019 [11:31] - Sağlıq
Müntəzəm idman məşqləri hətta 60 yaşından sonra başlasa belə, vaxtsız ölüm riskini azaldır.

Tədqiqat idmanla məşğul olmağa başlamaq üçün münasib olmayan yaş yoxdur barədə fərziyyəni təsdiq edib.

Müntəzəm məşqlər hətta orta və ahıl yaşlarda başlasa belə, vaxtsız ölüm riskini bütün həyatı boyu idmanla məşğul olan insanlarda müşahidə olunan həddə qədər azaltmağa kömək edir. Tövsiyə edilən gündəlik fiziki fəallıq normasını 40-61 yaşlarında yerinə yetirməyə başlayan insanlarda vaxtsız ölüm riski 16-43 faiz azalır. Gəncliyində idmanla məşğul olanlar, lakin yaşa dolanda bu faydalı vərdişdən imtina edənlər isə sağlamlıq üçün qazandıqları bütün üstünlükləri itirirlər.

Hazırda həkimlər yaşlı insanlara həftə ərzində azı 150 dəqiqə yüngülvarı fiziki hərəkətləri, yaxud 75 dəqiqə intensiv məşq etməyi tövsiyə edirlər. Bütün bunlar sağlamlıq durumunu xeyli yaxşılaşdırır, konkret olaraq ürək-damar və xərçəng xəstəlikləri səbəbindən ölüm riskini azaldır. Lakin ölüm riskinin azalmasına idmanın təsiri barədə sübutların çoxu xeyli məşq stajı olan orta yaşlı insanlar arasında toplanıb. Fiziki fəallığın insan həyatının müxtəlif dövrlərində həyatdan vaxtsız köçmək riskinə məhz necə təsir göstərməsi ilə bağlı tədqiqatların sayı yetərli olmayıb. ABŞ tədqiqatçıları məhz bu boşluğu doldurublar. Onlar sübuta yetiriblər ki, idmanla müntəzəm məşğul olmaq insanın idmanla məhz nə vaxt məşğul olmağa başlamasından asılı olmayaraq vaxtsız ölüm riskini azaldır. Əgər idman məşqləri dayandırılsa, insanın əvvəllər idmanla nə qədər məşğul olması da əhəmiyyətini itirir. Çünki fiziki hərəkətsizlik vaxtsız ölüm riski ehtimalını artırır.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed