Şrift:
Mahabad şəhəri məsullarının təzyiqi ilə Urmu gölünə axıdılan su dayandırılıb
12.03.2019 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mahabad bəndindən Urmu gölünə axıdılan su dayandırılıb.

Bu barədə Mahabadın ("Soyuq Bulaq") anti-türk mövqeyi ilə tanınan kürd millət vəkili Calal Mahmudzadənin ofisinin məsulu İbrahim Azər məlumat verib.

“Mahabad Şəhər İcra Hakimiyyəti başçısı və millət vəkilinin məsləhətləşmələrindən və Energetika Nazirliyi ilə razılığa gəlindikdən sonra Mahabad bəndindən Urmu gölünə axıdılan su dayandırıldı”- deyə o bildirib.

İbrahim Azər sözlərinin davamında əlavə edib ki, artıq soyuq fəsil sona çatır və ilin isti fəsilinə yaxınlaşırıq. Ətrafdakı dağların qarı əridiyi üçün bənddə suyun həcmi artır, beləliklə gölə su axıdılmasının növbəti mərhələsinə hazırlıq gedir.

Millət vəkilinin ofisinin rəisi iddia edib ki, hal-hazırda Mahabad bəndində zəxirə edilən suyun həcmi, bəndin ümumi tutumunun 85 faizidir. Suyun miqdarı maksimum həddə çatanadək bəndin suyu buraxılmayacaq.

Mahabadın millət vəkili Cəlal Mahmudzadə hər zaman Azərbaycanın əleyhinə mövqe sərgiləyib. O ötən illərdə də bir neçə nazirliyə məktub göndərərək bəndlərdən Urmu gölünə axıdılan suyun dayandırılmasına səbəb olmuşdur. Calal Mahmudzadə 2018-ci ildə ölkənin inzibati ərazi bölgüsü mərkəzinə məktubla müraciət edərək “Göy təpə” şəhərinin türkcə adını kürd və ya fars adı ilə dəyişdirilməsini də tələb etmişdir.

Calal Mahmudzadənin Energetika nazirinə göndərdiyi məktub:
Mahabad şəhəri məsullarının təzyiqi ilə Urmu gölünə axıdılan su dayandırılıb
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed