Şrift:
“Traxtur” Məşhəd təmsilçisi ilə Təbrizdə qarşılaşacaq
13.03.2019 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası cümə axşamı günü növbəti rəqibini qəbul edəcək.

İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində keçiriləcək görüşdə “Traxtur” Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşacaq.

Görüş martın 14-ü yerli vaxtla saat 16:00-da Təbrizin səhənd stadionunda başlayacaq.

“Traxtur”-“Pədidə” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, oyunun keçirilməsinə bir neçə gün qalmış “Traxtur” klubu bəyanat yayaraq tərəfdarlarını keçmiş oyunlarda olduğu kimi “Pədidə” ilə görüşdə də aktiv olmağa çağırıb. Super liqa yarışlarının son həftələrində baş tutacaq “Traxtur”-“Pədidə” görüşünün nəticəsi hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.

N.S
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed