Şrift:
VII Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunacaq
14.03.2019 [10:46] - Gündəm, Siyasət
Martın 14-dən 16-dək keçiriləcək VII Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunacaq.

Bu fikir martın 13-də Forum iştirakçıları üçün təşkil olunan şam yeməyində çıxışlar zamanı bildirilib.

Tədbirdə Nizami Gəncəvi Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, “Solomon R.Guggenheim” Fondunun Qəyyumlar Şurasının sədri Vendi Fişer çıxış edərək Qlobal Bakı Forumunun dünyanı narahat edən məsələlərin müzakirə olunduğu ənənəvi platformaya çevrildiyini vurğuladılar. Onlar tədbir iştirakçılarına bir araya gəlmək fürsəti yaratdığına görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Qeyd olundu ki, müxtəlif ölkələrdən olan insanları bir araya gətirən, onlara dünyanı necə daha da yaxşı etmək üçün yaradıcı ideyalarını paylaşmaq imkanı verən Forumun beynəlxalq müstəvidə davamlı inkişafı təqdirəlayiqdir.

Qlobal Bakı Forumu bu illər ərzində xeyli uğurlar əldə edib. Bu nailiyyətlərin qazanılmasında Azərbaycan dövlətinin dəstəyi xüsusi rola malikdir.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed