Şrift:
Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma baş verib: ölən və yaralananlar var
14.03.2019 [10:48] - Hadisə
Ötən gecə Tacikistan-Qırğızıstan sərhədindəki iki kənd arasında baş verən qarşıdurma nəticəsində bir tacik sakin odlu silahla qətlə yetirilib, hər iki tərəfdən 20-dən çox insan yaralanıb.

İnsident Qırğızıstanın Batken vilayətinin Ak-Saya və Tacikistanın İsfarin rayonunun Tacikon kəndlərinin əhalisi arasında baş verib. Bu ərazidə hələ ki, dövlətlər arasında delimitasiya işləri aparılmadığından kəndlərin əhalisi arasında əkin və otlaq sahələri ilə bağlı tez-tez qarşıdurma baş verir.

Xatırladırıq ki, Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi 976 kilometrdir ki, indiyədək bunun 504 kilometri delimitasiya edilib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed